Vəsl Əyyamı

Vəsl əyyamı gələrkən dəli könlüm sevinər.
Ayrılığı unudub, görüş zamanı döyünər.
Etdiyi tövbələri bir başa kökdən unudar.
Başqa bir halə düşər, durduğu yerdə titrəyər.
Uğursuz çalışar gizlədə əhvalın görəndən,
Hər görən halın anıb, sirri gözündən bilinər.
Gah gülüb qaqqa çəkər, gah danışar, hərdəm susar,
qınamam çünki bir aşiq belə halda yetişər.
Vəsl əyyamı gələndə, unut hicranı qərib.
Belə bir dövrədədir ki sənin əslin görünər.

River

All of a sudden,

You find yourself dependent.

You tie yourself up,

and you enjoy it.

Like a narrow river,

hidden under gross,

cold in a warm day,

you feel then you like it.

soothing and charming,

cool and gentle,

and you see dependency,

and you go after.

You wish you had all,

but dependency.

While you are not dare,

to loose the tie.

You wish it ended here.

It does not.

Now,

You should suffer,

even more than before.

You look for that river.

Just an image left.

This is life,

and it is hard.

It happens again and again.

How can we keep it loose but still warm?

Dolu Göz

Ayrılanda göz yaşımı görmədin.

Üzüm güldü ta ki gözün yaşlamasın.

İki gülər üz bir-birindən ayrılanda,

da sanmaram gözləri yaş olmasın.

Tale belə yazmış qəribin annına,

Üzü gülər ayrılıb, gözü dolu söz yazsın.

Hüzur

Asılı işikların ardından,

Mən hüzur gördüm.

Və mən

onu axtarırdım

səni gördüm.

Bir baxdım, oturmuşsan.

Bir baxdım, yoxsan.

İştə mən

hər zaman

hüzuru belə itirmişim.

Başlandı

Yaşamağın ən zorlu çağında,

gəncliyin güllənən vaxtında,

ürəyi tanıyan zaman,

qürbət hekayəsi başlandı.

 

 

Və nə ağır olarmış bu hekayə,

bu yük,

və nə acı,

bu çalış.

 

 

Və nə uzun olarmış gecələr qürbətdə,

və axşamlar,

nə soyuq,

nə rəhimsiz.

 

 

Və nə zor gülmək,

daha zor ağlamaq.

sevgi,

Qürbətin ən çətin hekayəsi.